Britaniyalı məşhur müğənni Adelin özü haqqında sənədli film çəmək qərarına gəlib.
"Unikal" xəbər verir ki, bu barədə açıqlama verən ifaçı həqiqəti söyləməyin yeganə yolunun birinci şəxsdə olduğunu bildirib. O, ekran işində karyerası və şəxsi həyatını işıqlandıracaq. Adel səhnə arxasındakı həyatını ön planda tutmaq istədiyini əlavə edib.
Film hazırda konsept mərhələsindədir.