Türkiyəl aktrisa Sezin Akbaoğullarının yeni layihəsi bəlli olub.
"Unikal" xəbər verir ki, aktrisa yayımlanması planlaşdırılan "O kız" serialında rol alacaq. O, ekran işində Erkan Petekkayanın tərəf müabili olacaq. Sezin layihədə "Sitare" obrazına həyat verəcək.
Qeyd edək ki, Sezen ilə Erkan 15 il əvvəl "Beyaz gelincik" adlı ekran işində də birgə rol almışdılar.