"TRT1"də yayımlanan "Kara tahta" serialının çəkilişləri dayandırılıb.

"Unikal" xəbər verir ki, buna səbəb ekran işində baş rolları ifa edən aktyor Furkan Andıçla  aktrisa Miray Danerin koronavirus testlərinin nəticələrinin müsbət çıxması olub.

Çəkilişləri dayandırılan serialın yeni bölümünün nə zaman təqdim olunacağı açıqlanmayıb.

Qeyd edək ki, ekran işində aktyorun tərəf müqabili isə Miray Danerdir.