Türkiyəli aktrisa Hazar Ergüçlü ilə aktyor Erkan Kolçak Köstendilin baş rollarını ifa etdikləri filmin yayım tarixi açıqlanıb.

"Unikal" xəbər verir ki, "Gönül" adlı ekran işi avqustun 10-da izləyicilərə təqdim olunacaq. Film "Netfilx" platformasında yayımlanacaq.

Qeyd edək ki, Hazar sonuncu dəfə "Alev alev", Erkan isə "Çukur" serialında rol alıb.