İran Urmiya gölünün bərpası üçün 215 milyard tümən (7 820 000 dollar) ayırıb.

"Unikal" xəbər verir ki, bunu İran Prezidentinin müavini Seyid Solət Murtəzəvi bu gün Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Urmiya gölünün bərpası üzrə qərargahın bir neçə iclası keçirilib və gölün bərpası üçün vəsait ayrılıb: “Ümid edirik ki, gölün problemi yaxın vaxtlarda öz həllini tapacaq”.