Muğam ustası, tanınmış xanəndə Səxavət Məmmədovun oğlu Bəxtiyar Məmmədov illər sonra ilk dəfə Ağdamın işğaldan azad olunmuş ərazilərinə səfər edib.
"Unikal" xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşdirilən səfər zamanı Bəxtiyar Məmmədov atasının məzarını ziyarət edib.
Qeyd edək ki, uşaqlıqda aparıcı kimi tanınan Bəxtiyar Məmmədov hazırda ABŞ-da yaşayır.