Adananın Seyhan rayonunda Azərbaycanlı turist bışaqla hədələnib. 

"Unikal" xəbər verir ki, Adananın Seyhan rayonunda Sabancı Mərkəz məscidinin bağçasında gəzən azərbaycanlı Famil M.-yə (33) yaxınlaşan Onur N. (27) ondan pul istəyib. 

Turistdən pul tələb edən və mənfi cavab aldıqda onu bıçaqla təqib edən hücumçu parkda mülki geyimli polislər tərəfindən yaxalanıb. Soyğunçuya "yox" cavabı verən Famil M. qaçıb.

Onur N. əlində bıçaqla onun arxasınca düşüb.

Bu vaxt bölgədə işləyən mülki geyimli polislər hadisəni görüb. Onur N. polislər tərəfindən saxlanılıb. 

Həmin anlar kameraya düşüb.

Gültəkin Ələsgər