Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova həyat yoldaşı ilə bağlı etiraf edib.
"Unikal" xəbər verir ki, Aysun bu haqda Tarix Əliyevin "Tam səmimi" yutub layihəsində deyib. O bildirib ki, Eşqin ondan əvvəl ailəli olub:
"Qeyri-rəsmi nikah deyil. Eşqin rus qadınla ailəli olub. Ona "cavanlıq səhvi" deyir. Onların bir qızı var. Tanış olanda bilmirdim əvvəl ailəli olub. Mənimlə tanış olmazdan 4 il əvvəl ayrılıblar. Eşqinin 28 yaşı var. Uşağı gəzməyə də aparırıq, ona hədiyyə də alıram. Mən ona vurulmamışdan öncə bilmirdim. Sevgİli olandan sonra dedi ki, övladım var, necə qəbul edərsən? Dedim, sənin yox, bizimdir. İstəyirsən gətir evdə baxım. Körpədir, Eşqinin canından dünyaya gəlib".