ABŞ-da iki nəfərin olduğu yanğınsöndürən helikopteri Aydaho ştatında Salmon çayına düşüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu  barədə ABŞ Meşə Xidmətinin sözçüsü məlumat yayıb. 

""ROTAK Helicopter Services" tərəfindən idarə olunan, iki pilotu olan CH-47D seriyalı "Chinook" helikopteri Salmon yaxınlığındakı ərazidə qəzaya uğrayıb. Təcili tibbi yardım qrupları hadisə yerinə cəlb edilib", - deyə məlumatda qeyd olunub. 

Hadisənin başvermə səbəbi araşdırılır. 

Qeyd edək ki, helikopter Moose yanğınını söndürmək üçün meşəlik əraziyə  gedibmiş.