Türkiyəli müğənni Ebru Gündeşin eşq yaşadığı Rəssan Xoşnavın Bahar Candanla keçmişdə münasibətdə olduğu ortaya çıxıb.  

"Unikal" xəbər verir ki,  “Al Sana News” proqramında Rassan Xoşnavın keçmiş sevgilisi Bahar Candana göndərdiyi pulun sənədi paylaşılıb.

Belə ki, Xoşnavın bank hesabı vasitəsilə bir müddət birlikdə olduğu Bahar Candana 5 Milyon AED göndərdiyi görülüb.  Bahar Candana göndərilən pulun türk lirəsi ilə dəyəri 24 milyon TL-dir.