Baz Luhrmannın 'Elvis' filminde Big Mama Thorntonu canlandıran oyuncu Şonka Dukureh evinde ölü tapılıb.
"Unikal" xəbər verir ki, Elvis Preslinin həyatından bəhs edən Baz Luhrmanın "Elvis" filmində Big Mama Thornton rolunu oynayan Şonka Dukureh Neşvildəki evində ölü tapılıb.
Nashville Polis Departamenti qətl əlamətlərinin olmadığını və məhkəmə-tibb ekspertizasının yarılma nəticələrini gözlədiyini bildirib.
Polis 44 yaşlı Dukurehin mənzilində iki azyaşlı uşağı ilə yaşadığını bildirib. Uşaqlardan biri anasının reaksiya vermədiyini görərək qonşudan kömək istəyib və o, təcili yardıma zəng edib.