Türkiyənin səyləri ilə imzalanan taxıl müqaviləsindən sonra Ukrayna Limanlar İdarəsi Odessa, Çornomorsk və Yujnı limanlarında taxıl karvanlarının formalaşmasına başlanıldığını açıqlayıb.

"Unikal" xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin lap əvvəlindən iki ölkə arasında sülh üçün diplomatiya aparan Türkiyənin səyləri limanlarda bağlı qalan 22 milyon ton taxılın dünyaya paylanması ilə nəticələnib.

Moskva və İstanbulda BMT, Rusiya və Ukraynadan olan həmkarları ilə imzalanan müqavilədən sonra Ukrayna hazırlıqlara başlayıb.
Bu çərçivədə Ukrayna Limanlar İdarəsi Odessa, Çornomorsk və Yujnı limanlarında taxıl karvanlarının formalaşmasına başlanıldığını bildirib.

Limanlar Administrasiyasından verilən açıqlamada qeyd edilib ki, 22 iyul 2022-ci il tarixində taxıl və əlaqədar ərzaq məhsullarının dəniz yolu ilə ixracına dair təşəbbüsün imzalanması ilə limanların yenidən açılması üçün hazırlıq işləri görülüb.

Açıqlamada gəmilərin karvana daxil olması üçün müraciət edilməsi lazım olduğu vurğulanıb və bu gəmilərin qeyd olunan limanlara giriş-çıxışının gəmi rəhbərliyi altında həyata keçiriləcəyi vurğulanıb. 

Ukraynanın 1 saylı limanında taxıl karvanları yaradılmağa başlanılıb. 

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi ilə iyulun 22-də İstanbulda Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında “Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınması təşəbbüsü sənədi” imzalanıb.