ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qalmaqallı yazıya imza atıb. PKK/YPG terrorçuları üçün başsağlığı mesajı yayımlanıb.

"Unikal" xəbər verir ki, bu barədə CENTCOM-un rəsmi Twitter hesabında paylaşım edilib.

Paylaşımda iyulun 22-də Qamışlıda öldürülən terrorçulardan biri olan “Ciyan Afrin” kod adlı Salva Yuşukun fotosu təqdim edilib.

Terrorçunun Suriyada İŞİD-ə qarşı mübarizədə mühüm rol oynadığı bildirilib.