Yaponiyanın Kaqosima prefekturasındakı Sakuracima vulkanında yerli vaxtla saat 20:05-də püskürmə baş verib.

"Unikal" xəbər verir ki, vulkanının püskürməsindən sonra ətrafda yaşayan 51 nəfər təxliyə edilib.

Partlayışın şiddəti ilə vulkanik daşların 2,5 kilometr uzağa düşdüyü, hadisədə ölən və yaralananların olmadığı bildirilib.

Bildirilib ki, partlayışdan sonra bölgədən hələ də dəyən ziyan barədə məlumat daxil olmayıb. Yaponiya Meteorologiya Təşkilatından verilən açıqlamada Sakurajima vulkanı üçün həyəcan səviyyəsinin 3-dən ən yüksək 5-ə yüksəldildiyi və təxliyə çağırışının edildiyi bildirilib.