"Alyona ilə bir ildən çoxdur ki, barışmışıq. İndi əsas məqsədlərdən biri uşaqlarla daha çox vaxt keçirtməkdir, çünki düşünürəm onlar mənim diqqətimdən məhrumdurlar".
"Unikal" xəbər verir ki, bu barədə Xalq artisti Emin Ağalarov jurnalist Nadejda Streltsovayanın "Стрелец-Молодец" "YouTube" kanalına müsahibəsində danışıb.
O, açıqlamasında böyük və mehriban ailə olduqlarını dilə gətirib:
"Üç övladım Bakıda məktəbə gedir, biri isə hazırda Alyona və mənimlə yaşayır. Biz böyük, mehriban ailəyik. Bu yaxınlarda istirahətə getdik. Alyona və birinci həyat yoldaşım Leyla Əliyeva da orada idi. Onlar mənsiz də ünsiyyət qururlar. Hər kəsin dostluq münasibəti var".
Xalqa artisti atası Araz Ağalarovla həyat yoldaşının danışmadığını etiraf edib:
"O, (red. Araz Ağalarov) bizim toyumuzda iştirak etmədi. Salam-sağolları var. Ümumilikdə heç bir əlaqələri yoxdur. Bizim ailədə hər kəs özü qərar verir. Hər kəs öz bildiyini edir. Atamla isti münasibətim var. Əgər həyat yoldaşımla münasibəti yoxdursa, bu problem deyil".