Britaniyalı aktyor Devid Uorner 80 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Sənətçi son günlərini aktyorlar və digər teatr sənətlərinin nümayəndələri üçün Denville Hall qocalar evində keçirib.
Devid Uorner "Titanik" fəlakəti ilə bağlı üç filmdə, xüsusən də Ceyms Kemeronun “Titanik” filmində antaqonistlərdən birini – gəminin batması zamanı qəhrəman Leonardo Di Kaprionu borulara zəncirləmiş lekey Lavcoy rolunu oynayıb. Həmçinin "Omen", "Taxt", "İtirilmiş dünya" və "Meymunlar planeti" filmləri ilə tanınır.