Türkiyəli aktrisa Amine Gülşe futbolçu həyat yoldaşı Mesut Özillə birgə açdıqları zinət əşyası markasının reklam çəkilişləri üçün hazırlıqlara başlayıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gülşe brendin reklam çarxında oynaması üçün amerikalı məşhur aktrisa Zendayaya təklif göndərib. O, bunun müqabilində aktrisaya 3 milyon dollar ödəyəcək. 

Zendaya isə hələlik təklifi dəyərləndirdiyini bildirib.