Məşhur türkiyəli aktrisa Türkan Şoray "Gemlik" Film Festivalının açılış mərasimində iştirak edib.
"Unikal" xəbər verir ki, "Selvi Boylum Al Yazmalım" filminin nümayişindən sonra səhnəyə çıxan Şoray minlərlə insan tərəfindən alqışlarla qarşılanıb. Duyğulanan aktrisa bəzi açıqlamalar verib.
Rol aldığı 220 filmdə yüzlərlə obrazı canlandıran Şoray, hər zaman mübarizə aparan qadınları canlandırdığını söyləyərək, "Oynadığım qadınların hamısı əziyyət çəkən qadınlardı və mən 50 il əziyyət çəkdim. Əksəriyyəti passiv qadınlar idi, amma nəhayət dik durmağı öyrəndilər. Bu filmlər sayəsində dik durmağı öyrəndim", - deyə ifadə edib.