İranlı polkovnik-leytenant Əli Bərzqərpur öldürülüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, Kirman əyalətində polislə yaraqlılar arasında baş verən atışma nəticəsində həlak olub.
Atışma nəticəsində narkotik ticarəti ilə məşğul olan qrupun 6 üzvü zərərsizləşdirilib. Hadisə yerində 697 kq narkotik maddə aşkarlanıb.