Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının helikopter bölməsinin komandiri mayor Aleksandr Saveliyevi öldürüblər. 

"Unikal" xəbər verir ki,  bu  barədə  Ukrayna Silahlı Qüvvələrinin zabiti Anatoli Ştefan “Twitter” səhifəsində məlumat yayıb. 

"487-ci hərbi hissənin helikopter hissəsinin komandiri mayor Aleksandr Saveliyev  zərərsizləşdirilib", - məlumatda deyilir. 

Gülayə Mecid