Çin hakimiyyəti ölkə daxilində benzin və dizel yanacağının pərakəndə satış qiymətlərində endirim elan edib.

"Unikal" xəbər verir ki, bu barədə Çinin İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsinin saytında dərc olunmuş məlumatda deyilir.

Belə  ki, iyulun 27-dən etibarən bir ton benzinin dəyəri 300 yuan (təxminən 44 dollar), dizel yanacağının qiyməti isə 290 yuan (təxminən 43 dollar) ucuzlaşacaq. Müvafiq olaraq tənzimlənən benzinin bir tonunun qiyməti 10,380-10,820 yuan (1549-1614 dollar), dizelin isə 9425-9765 yuan (1406-1457 dollar) arasında olacaq.