Ukraynalı müğənni, aktrisa və teleaparıcı Vera Brejneva ilə həyat yoldaşı bəstəkar Konstantin Meladze boşanıb. 

"Unikal" xəbər verir ki, Brejneva və Meladzenin münasibətlərində problem artıq bir neçə aydır ki, davam edirmiş. Brejnevanın sosial media hesabından Meladze ilə olan fotolarını silməsi də diqqət çəkib.

Lakin ikili məsələ ilə bağlı hələlik açıqlama verməyib.

Qeyd olunur ki, Brejneva ilə Meladze 2015-ci ildə gizli şəkildə nikah masasına əyləşib.