Ukrayna ilə sərhəddə yerləşən Rusiyanın Sevski rayonunda yerləşən Troebortnoye gömrük-keçid məntəqəsinə PUA ilə hücum olub. 

"Unikal" xəbər verir ki, bu barədə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz bildirib ki, zərbə nəticəsində yaralananlar var. Onlardan biri ölüb. 

O, həmçinin dron tərəfindən atılan partlayıcının gömrük məntəqəsinin yaxınlığında yerləşən müvəqqəti saxlanc anbarına da düşdüyünü qeyd edib. 

Ağarza Elçinoğlu