Rusiya Federal Kosmik Agentliyinin rəhbəri Yuri Borisov Rusiyanın 2024-cü ildən sonra Beynəlxalq Kosmik Stansiya layihəsindən ayrılacağını açıqlayıb.

"Unikal" xəbər verir ki, paytaxt Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdə Borisov ölkəsinin Beynəlxalq Kosmik Stansiya (BKS) çərçivəsində beynəlxalq əməkdaşlığı davam etdirdiyini bildirib.

Rusiyanın sözügedən layihədəki öhdəliklərini yerinə yetirməyə davam edəcəyini vurğulayan Borisov, “Ancaq 2024-cü ildən sonra BKS-dən ayrılmağa qərar verildi” deyib. 

Borisov bəyan edib ki, Rusiya öz orbital stansiyasını quracaq.