Rusiya qondarma “Abxaziya Respublikası” ilə razılaşma yolu ilə Gürcüstanın Bişvinta kurortunun bir hissəsini əldə etmək niyyətindədir. Bu cür niyyətlər Kremlin ilhaqının başqa bir formasıdır.

"Unikal"  xəbər verir  ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili “Twitter” səhifəsində yazıb.

“Bizim Bişvintada gördüklərimiz Gürcüstan ərazisinin Rusiya tərəfindən ilhaqının bir formasıdır. Bu hadisələrə insanların kəskin reaksiyasını görürük. Bu, davamlı işğalın nəticəsidir. Mən bunu qəti şəkildə pisləyirəm və beynəlxalq ictimaiyyəti sərt reaksiya verməyə çağırıram”, - deyə o, vurğulayıb. 

Gülayə  Mecid