Dünyaca məşhur Hollivud ulduzu Bred Pitt Kaliforniyanın Karmel şəhərində sahildə yerləşən tarixi malikanəni satın alıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, aktyor sözügedən villa üçün 40 milyon dollar ödəyib.

Mülkün layihəsini 20-ci əsrin məşhur memarı Çarlz Sammer Qrin hazırlayıb və bu evdə məşhur Amerika yazıçısı Daniel Ceyms yaşayıb.