Məşhur müğənni Hadisə həyat yoldaşı ilə yenidən istirahətə yollanacaq.
"Unikal" türk mətbuatına istinadən xəbər verir ki, sənətçi Bodrumda 1 həftəlik villa kirayələməyi qərara alıb.
Hadisə əri ilə istirahət edəcəyi geniş və lüks malikanə üçün 764 min lirə (təxminən 72 min 732 AZN) pul ödəyəcək.
Xatırladaq ki, müğənni Hadisenin özündən 2 yaş kiçik sevgilisi Türkiyədə məşhur iş adamıdır. Cütlük bu ilin aprelində ailə həyatı qurub. Onlar Bodrumdan əvvəl Marmarisdə dincəliblər.
Aynurə Xudaverdiyeva