Moldova sərhəd polisi rusiyalı müğənni Filipp Kirkorova ölkə ərazisinə daxil olmasına icazə verməyib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi ötən gecə İstanbuldan çarter reysi ilə Kişinyov Beynəlxalq Hava Limanına gəlib.
VİP zaldan çıxarkən sərhədçilər Kirkorova Moldova Respublikası ərazisinə girişinin qadağan edildiyini, ona görə də geri qayıtmaq məcburiyyətində qaldığını bildiriblər.
“Kişinyov Beynəlxalq Hava Limanında bəzi xarici vətəndaşların Moldova Respublikasına girişinin qadağan edilməsi barədə qərar qəbul edilib”.
Bundan əvvəl, iyunun 19-da Kirkorov “Şor” partiyasının nümayəndələrinin təşkil etdiyi konsertdə iştirak etmək üçün Kişinyova gəlib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, Kirkorov heç vaxt baş tutmayan tədbirdə iştirak etdiyi üçün 200 min dollar alıb.
Gülayə Mecid