"ABŞ Ukraynaya ən böyük birbaşa silah tədarükünü həyata keçirir 1 milyard dollarlıq raket, sursat və digər material göndərir".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Birləşmiş Ştatların Prezidenti Co Bayden Administrasiyası məlumat yayıb.
Analitiklərin fikincə, ABŞ-ın yeni silah tədarükü Ukraynanı əks-hücum əməliyyatına başlayarkən daha da gücləndirəcək.
Kiyev rus qoşunlarını Xersondan və Dnepr çayı yaxınlığındakı digər cənub ərazilərindən geri çəkməyi hədəfləyir.
Aynurə Xudaverdiyeva