Türkiyənin məşhur altyoru Oktay Kaynarca və aktrisa Türkan Şoray da daxil olmaqla 20-yə yaxın məşhur şəxs xərçəng xəstələri üçün evlərindəki ən qiymətli əşyaları bağışlayıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur adların əşyaları 6-23 oktyabr tarixlərində ianə üçün sərgilənəcək.
Məşhur sənətçilər ən qiymətli əşyalarını xərçəng xəstələrinə bağışlayıblar. Türk Xərçəng Dərnəyinə ianə verən məşhurlar arasında müğənni Müzeyyen Senar da var. Sənətçinin 1950-ci ildə rol aldığı reklam filmindəki radionu Senarın ailəsi bağışlayıb.
20-yə yaxın məşhur arasında aktyorlar Oktay Kaynarca, Hamdi Alkan, aktrisa Türkan Şoray, müğənnilər Bülent Ersoy, Buray, Linet də var. Sərgi 6-23 oktyabr tarixləri arasında nümayiş olunacaq.
Aynurə Xudaverdiyeva