Müdafiə Nazirliyi polkovnik-leytenant Zülfüqarov Seymur Ənvər oğlunun xəstəlikdən vəfat etməsi ilə bağlı məlumat yayıb.
Nazirlikdən "Unikal"a bildiriblər ki, S.Zülfüqarov hərbi xidmətdə deyil, hazırda ehtiyatdadır.
Allah rəhmət eləsin!
***
11:20
Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı dünyasını dəyişib.
"Unikal"ın məlumatına görə, hadisə İsmayıllı rayonunda baş verib. Belə ki, 1983-cü il təvəllüdlü Vətən müharibəsi iştirakçısı, polkovnik-leytenant Zülfüqarov Seymur Ənvər oğlu ötən gün ürəktutmasından dünyasını dəyişib.
Qeyd edək ki, S.Zülfüqarov Laçın rayonunda xidmət edib.
Murad İbrahimli