"TRT1" kanalında yayımlanan "Kara tahta" serialı final tarixi bəlli olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə ekran işinin reytinqlərdə istənilən nəticəni verməməsi olub. Serial 19-cu bölümüylə avqustun 24-də ekrana vida edəcək.
Qeyd edək ki, layihənin baş rollarını Miray Danerlə Furkan Andıç paylaşır. "Kara Tahta"nın daha öncə də finalına qərar verilmişdi, lakin daha sonra çəkilişlərə davam edilmişdi.