Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi ölkənin cənubunda və mərkəzində uçuşların qadağasını avqustun 29-dək uzadıb. Qadağa işğalçı ölkənin Ukraynaya qarşı hərbi əməliyyatları ilə bağlıdır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Müvəqqəti məhdudiyyətlər Anapa, Belqorod, Bryansk, Voronej, Gelendjik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista hava limanlarına uçuşlara şamil edilir.
Ümumilikdə 11 hava limanı uçuşların məhdudlaşdırılmasına məruz qalıb.
Gülayə Mecid