İngiltərədəki sağlamlıq böhranı insan həyatını təhlükə altına almaqda davam edir. Məlum olub ki, səhiyyə xidmətlərinə çıxışda problem olan ölkədə bu dəfə təcili yardım böhranı başlayıb.
"Unikal" xəbər verir ki, İngiltərə mətbuatı saatlarla təcili yardım gözləyən və həyatını itirən insanların hekayələrini işıqlandırıb.
Keçən həftə sağlamlıq böhranının uçqun kimi böyüdüyü İngiltərədə 90 yaşlı qadının 60 saat təcili yardım gözlədiyi üzə çıxıb.
Bu hadisədən sonra Britaniyanın The Mail On Sunday qəzeti öz oxucularından sağlamlıq təcrübələrini bölüşmələrini istəyib. Bu müraciətdən sonra oxucular tez rəy bildirdilər. Bu dəfə məlum olub ki, təcili yardımın 10 saat gec gəlməsi səbəbindən daha bir nəfər daxili qanaxmadan dünyasını dəyişib.
Bildirilib ki, infarkt keçirən daha bir şəxs təcili tibbi yardım əməkdaşları tərəfindən 2,5 saat gecikmə ilə evdə təkbaşına dünyasını dəyişib. Təcili yardım evə çatanda o, cansız bədənlə qarşılaşıb. Ötən ay yerə yıxılaraq çanaq sümüyü qırılan 85 yaşlı adamın özəl çağırdığı xüsusi təcili yardım maşını ilə 24 saat qıvrıldıqdan sonra xəstəxanaya aparıldığı öyrənilib.