Almaniyanın keçmiş kansleri Angela Merkelin qaçqın böhranı illərində çoxlu sayda qaçqını qəbul etdiyi üçün Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Sülh Mükafatına layiq görüləcəyi açıqlanıb.
"Unikal" xəbər verir ki, YUNESKO-nun internet saytında verilən yazılı açıqlamada Merkelin builki Sülh Mükafatına layiq görüləcəyi bildirilib.
"Onun 2015-ci ildə Suriya, İraq, Əfqanıstan və Eritreyadan olan 1,2 milyondan çox qaçqını qəbul etmək barədə cəsarətli qərarı hakimlərə böyük təsir göstərdi", - Sülh Mükafatı Münsiflər Heyətinin prezidenti Denis Mukvege bəyanatında bildirib.
Mukvege qaçqınları ölkəsinə səxavətlə qəbul edən Merkelin “tarixə dərs buraxdığını” vurğulayıb.
YUNESKO-nun baş direktoru Audrey Azule Merkelin qaçqın böhranı qarşısında göstərdiyi səyləri təqdir etdiyini vurğulayaraq, "Əzab universaldır. Ona görə də əzabların yüngülləşdirilməsi üçün həll yolları da universal olmalıdır. Sülhün bərqərar olması əzab çəkənlərə qapıların açılması deməkdir" dedi.
Bəyanatda mükafatın sabiq baş nazirə nə vaxt təqdim ediləcəyi qeyd olunmayıb.
2005-2021-ci illərdə Almaniyanı idarə edən Angela Merkel qaçqın böhranının yaşandığı 2015-ci ildə digər Avropa hökumətlərindən fərqli olaraq ölkəyə qaçqınları qəbul etməklə gündəmə gəlib.
Gülayə Mecid