Rusiyanın Oryol vilayətinin administrasiyası naməlum şəxs tərəfindən hücuma məruz qalıb.
"Unikal" vilayət qubernatoru Andrey Klıçkovun sözlərinə istinadən bildirir ki, sözügedən şəxs binanı "molotov kokteyli" ilə yandırıb.
Klıçkovun sözlərinə görə, hücum edən şəxs iki "molotov kokteyli"ni əsas girişə doğru atıb və gözdən itib. Yanğın tez bir zamanda söndürülüb, itki yoxdur.
Ağarza Elçinoğlu