Ermənistan hökuməti "Sürməlu" ticarət mərkəzinin partlaması nəticəsində ölənlərin ailələrinə və zərər çəkmiş iş adamlarına heç bir təzminat və ya dəstək verməyəcək.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın İqtisadiyyat naziri Vahan Kerobyan bu gün hökumətin iclasından sonra deyib.
O, jurnalistin sualına "xeyr, kompensasiya verilməyəcək", - deyə cavab verib.
Qeyd edək ki, bu gün partlayış baş verən ərazidə axtarışlar yekunlaşdırılıb.
Ağarza Elçinoğlu