Qvadalaxara-Los Anceles reysini yerinə yetirmək üçün havaya qalxan sərnişin təyyarəsi havada alovlanıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "Viva Aerobus" şirkətinə məxsus sərnişin təyyarəsi Meksikanın cənub-şərqində yerləşən Qvadalaxaradan havaya qalxarkən mühərriki alovlanmağa başlayıb. 

Təxminən 45 dəqiqə dövrə vuran təyyarə təcili yardım qruplarının hazır saxlandığı meydana eniş edib. Həmin anlar sərnişin kamerasına əks olunub.

Ağarza Elçinoğlu