Böyük Britaniyanın Myanmadakı keçmiş səfiri Viki Bouman Yanqonda saxlanılıb.
"Unikal" xəbər verir ki, keçmiş səfirin hansı səbəbdən saxlanıldığı məlum deyil.
“Biz Myanmada bir britaniyalı qadının saxlanılmasından narahatıq. Biz yerli hakimiyyət orqanları ilə əlaqə saxlayırıq", - deyə Britaniya səfirliyinin bəyanatında qeyd edib.
Bildirək ki, Bouman 2002-2006-cı illərdə Böyük Britaniyanın Myanmadakı səfiri vəzifəsində çalışıb və uzun illər bu ölkədə yaşayır.
Myanma ordusu ötən il fevralın 1-də seçkilərdəki pozuntular zəminində çevriliş edib və 10 illik demokratiya prosesinə son qoyub. Çevrilişdən sonrakı etirazlar zamanı çoxlu adam həbs edilib.
Gülayə Mecid