Rusiyada meşə yanğınlarının ümumi sahəsi son üç gündə səkkiz min hektar artıb.
"Unikal" xəbər verir ki, bu barədə Federal Aviasiya Meşə Mühafizəsinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilir ki, çərşənbə axşamı günündən etibarən yanğınların sahəsi 102 min hektardan 109,95 min hektara qalxıb.
Ən geniş yanğın sahələri Yakutiyada (74,608 ha) qeydə alınıb. Həmçinin Komi Respublikası (12,462 ha), Ryazan (11,700 ha) və Nijni Novqorod (6,504 ha) vilayətlərində güclü yanğınlar var.