Ermənistan Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin notasına müəyyən olunmuş qaydada cavab verib.
"Unikal" xəbər verir ki, bu barədə Xarici işlər nazirinin sözçüsü Vaan Hunanyan məlumat yayıb.
"Notanın məzmunu daxili diplomatik qeydlərin bir hissəsidir, ona görə də biz onun dərcini düzgün hesab etmirik", - Vahan Hunanyan bildirib.
Xatırladaq ki, avqustun 17-də Rusiyanın Ermənistandakı səfirliyi yerli informasiya domenində Rusiyaya qarşı anti-Rusiya xarakterli saxta ittihamlarla bağlı Ermənistan Xarici İşlər Nazirliyinə nota verib.