Avqustun 25-də Moskvada son 125 ilin ən isti günü gözlənilir.
"Unikal" Rusiya mətbuatına istinadən bildirir ki, bunu Rusiya hava haqqında mərkəzinin aparıcı əməkdaşı Yevgeni Tişkovets deyib.
O qeyd edib ki, paytaxtda havanın temperaturu 34 dərəcəyə qədər isinəcək, ki, bu da rekord isti deməkdir. Qeyd edək ki, əvvəlki rekord 1897-ci ildə qeydə alınıb.
Tişkovets əlavə edib ki, Moskva vilayətində də oxşar hava şəraiti avqustun sonunadək davam edəcək, sentyabrda isə havanın temperaturu aşağı düşəcək və güclü yağışlar başlayacaq.