Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçularının ştat sayı 137 min nəfər artırılaraq 1,15 milyon nəfərə çatdırılacaq.
"Unikal" rus mediasına istinadən xəbər verir ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putin müvafiq sərəncam imzalayıb.
"Rusiya Federasiyası Silahlı Qüvvələrinin şəxsi heyəti 2 039 758 nəfər, o cümlədən 1 150 628 hərbi qulluqçu təşkil edilsin", - fərmanda deyilir.