NASA gələn bazar ertəsi Floridada yeni nəsil meqa-raket buraxılış sistemini (SLS) və onu daşımaq üçün nəzərdə tutulmuş “Orion” kapsulunun sınaq uçuşunu həyata keçirəcək.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, uçuş “Orion” kosmik gəmisinin astronavtları daşımağa hazır olub-olmadığını yoxlamaq məqsədi daşıyır.
Bildirilir ki, “Orion” NASA-ya 37 milyard dollara başa gəlib.