İraqın şimalındakı Neynəva əyalətində Türkiyənin Zlikan hərbi bazası raket atəşinə tutulub.

"Unikal" xəbər verir ki, bu barədə İraq təhlükəsizlik orqanlarındakı şəxsi mənbə məlumat verib. 

Qeyd olunur ki, atışma Türkiyə ordusunun İraqın şimalındakı Neynəva əyalətindəki Zlikan hərbi düşərgəsində həyata keçirilib.

"Mosul şəhərindən raketlər atılıb, atışma nəticəsində itkilər barədə məlumat yoxdur", - mənbə bildirib.

Qeyd olunur ki, daha sonra İraq Kürdüstanında Terrorla Mübarizə İdarəsi Ninava əyalətinin Baaşika rayonundan yük maşınından 9 raket atıldığını bəyan edib.