Türkiyənin Artvin bölgəsinin Arhavi rayonunda Gürcüstan vətəndaşı Sarp Sərhəd Qapısı yaxınlığında biri qadın olmaqla iki nəfəri tapança ilə öldürərək xaricə qaçmaq istəyib. daha sonra o, eyni silahla intihar edib.
"Unikal" xəbər verir ki, hadisə Arhavi mahalının Kale məhəlləsində baş verib.
Hələlik şəxsiyyəti dəqiqləşdirilməyən Gürcüstan əsilli şəxs yaşadıqları evdə biri qadın olmaqla iki nəfəri naməlum səbəbdən güllələyib.
Hadisədən sonra taksi ilə Kemalpaşa rayonundakı Sarp Sərhəd Qapısına gedən qatil buradakı dayanacaqda eyni silahla özünə atəş açaraq intihar edib. Polis qrupları iki ayrı hadisə ilə əlaqədar istintaq başladıb.