Ukrayna əsgərlərinin Gepard özüyeriyən zenit silahlarında təlim keçdiyi Şlezviq-Holşteyndəki hərbi poliqonda Almaniya kansleri Olaf Şolz nərdivan vasitəsilə ZSU-ya qalxıb.
"Unikal" xəbər verir ki, Şolz pilot kabinəsinin daxilindəki qurğuya baxış keçirib, sonra isə müşayiətçilərin kiçik dəstəyindən istifadə edərək müstəqil şəkildə yerə enib.
Kansler hərbçilərlə görüşündə bildirib ki, Almaniyanın təmin edə biləcəyi maliyyə imkanları və silahları ilə Ukrayna silahlı qüvvələrinə “dəstək” verməyə davam edəcək.