Türkiyənin məşhur cütlüyü Demet Özdəmirlə Oğuzhan Koçun sabaha planlaşdırılan toyu təxirə salınıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə İstanbuldakı güclü yağış olub.
Cütlüyün toyu avqustun 28-də Sarıyerdə yerləşən otellərin birində keçiriləcək.
Qeyd edək ki, Özdəmirin bu gün xınası olub.