Taxıl sazişinin həyata keçirilməsi üçün İstanbuldakı Birgə Koordinasiya Mərkəzi (JCC) Ukrayna limanlarından qida çatdırılması üçün yeni marşrut haqqında razılığa gəlib.
"Unikal" xəbər verir ki, Birgə Koordinasiya Mərkəzi bu gün üç Ukrayna limanına gələn və gedən ticarət gəmiləri üçün yeni marşrut elan edib.
"Yeni 320 dəniz mili marşrutu üç Ukrayna limanını - Odessa, Çornomorsk və Yujnı Türkiyənin ərazi sularında yoxlama zonaları ilə birləşdirəcək", - məlumatda deyilir.
Yeni marşrutun bir hissəsi olan dəniz humanitar dəhlizi Ukraynanın ərazi sularının sərhədindən marşrutun cənub nöqtəsinə qədər uzanır.
Məlumatda deyildiyi kimi, nəqliyyatın yeni hissəsi avqustun 26-da açılacaq və gəmilərin keçid müddətini azaldacaq.