Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın nəzarətində olan Zaporojye atom elektrik stansiyasının nüvə fəlakətinin astanasında olduğunu bildirib.
"Unikal" xəbər verir ki, Zelenski son zamanlar ardıcıl hücumlarla gündəmə gələn Avropanın ən böyük atom elektrik stansiyasında elektrik bağlantısının kəsildiyini və dünyanın böyük radiasiya fəlakəti ilə üz-üzə qaldığını bildirib.
"Əgər generatorlar işə salınmasaydı və işçilər dərhal müdaxilə etməsəydilər, nüvə qəzasının nəticələri ilə üzləşərdik", - deyən Zelenski, təhlükənin hələlik aradan qaldırıldığını bildirib.
Bildirək ki, Zaporojyadakı elektrik stansiyası ətrafında yaranan münaqişələr səbəbindən ötən gün bəzi ərazilərdə baş verən yanğınlar elektrik xətlərinə ziyan vurub.
Bununla yanaşı, Rusiya və Ukrayna bir-birini elektrik stansiyasına hücumların təşkilində ittiham edir.
Gülayə Mecid